“OMON”- çuların şikayətlərinə Avropa Məhkəməsində baxılacaq
02 avqust 2013 11:09 (UTC +04:00)

 “OMON”- çuların şikayətlərinə Avropa Məhkəməsində baxılacaq

Ömürlük azadlıqdan məhrum edilmiş keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, dəstənin sıravi polis nəfəri olmuş Səfa Poladov və Arif Kazımovun şikayətləri Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən icraata qəbul edilib.


 

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmə bununla bağlı məktub göndərib.

 

Qeyd edək ki, Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun barəsində ölüm hökmü çıxarılıb. Sonradan onların cəzaları ömürlük cəza ilə əvəzlənib. “OMON”çularla bağlı 2004-cü ildə təkrar məhkəmə keçirilsə də, onlar haqda qanunsuz silahlı birləşmələrdə iştirak, dövlətə xəyanət ittihamları dəyişdirilməyib.

 

Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayət də onların cəzalarının azaldılması ilə bağlıdır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752
avatar

Oxşar yazılar

Nazir qəzaya düşdü, sürücüsü öldü

Nazir qəzaya düşdü, sürücüsü öldü

11 dekabr 2024 , 14:21
Azərbaycanda daha bir tələbə  öldü

Azərbaycanda daha bir tələbə öldü

11 dekabr 2024 , 13:58
Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

11 dekabr 2024 , 13:11
Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

11 dekabr 2024 , 13:03
Neftçalada motosikleti kanala aşıran sürücü öldü

Neftçalada motosikleti kanala aşıran sürücü öldü

11 dekabr 2024 , 12:37
Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

11 dekabr 2024 , 11:40
Lənkəranda qadın özünü asdı

Lənkəranda qadın özünü asdı

11 dekabr 2024 , 11:19
Azərbaycanda evdə YANĞIN:  yaralanan var

Azərbaycanda evdə YANĞIN: yaralanan var

11 dekabr 2024 , 10:27