Cəlillabad sakininin telefonu oğurlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, Cəlilabad şəhər sakini S.Ağayev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus 400 manat dəyərində “iphone 5” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığı barədə məlumat verib. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törətmiş şəxs müəyyən edilib. Araşdırmalarla onun Cəbrayıl rayon Daşkəsən kənd sakini A.Quliyeva olduğu məlum olub.
Faktla bağlı Cəlilabad RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.