Azərbaycanda partiya sədri azadlığa buraxıldı
07 iyun 2018 17:23 (UTC +04:00)

Azərbaycanda partiya sədri azadlığa buraxıldı

"Azərbaycan Karlar Cəmiyyəti"nin sədr müavini Musa Tukanov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə M.Tukanova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, vətəndaşların müraciətləri əsasında Musa Tukanov barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb və o, istintaqa təqsirləndirilən şəxs qismində cəlb edilib. Daha sonra M. Tukanov barəsində həbs qətimkan tədbiri seçilib.

 

M.Tukanov paralel olaraq Azərbaycanda fəaliyyəti olmayan Vahid Kommunist Partiyasının sədri vəzifəsini daşıyıb.

 

O rüşvət almaqda  və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323
avatar

Səlcuq Elçin

Oxşar yazılar