Deputatın qardaşı oğlunun şikayətinə baxılacaq <span style="color:red;">- MƏHKƏMƏDƏ
23 fevral 2015 11:59 (UTC +04:00)

Deputatın qardaşı oğlunun şikayətinə baxılacaq - MƏHKƏMƏDƏ

2012-ci ildə Bakının Səbail rayonu ərazisində, “1001 gecə” restoranda qətl törətməkdə təqsirli bilinən deputat Hüseynbala Mirləmovun qardaşı oğlu Rəşad Mirələmov barəsində verilən məhkəmə hökmündən verilən kasasiya şikayətinə fevralın 25-də baxılacaq. Lent.az-ın məlumatına görə, zərərçəkmişin hüquqi varisi Nənəş İsmayılovanın vəkili Altay Muradovun Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib. Şikayətə hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, ötən il noyabrın 13-də hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı zərərçəkmişin hüquqi varisi Nənəş İsmayılovanın vəkili Altay Muradov vəsatət verib. Amma məhkəmə vəsatəti təmin etməyib. Altay Muradovun sözlərinə görə, məhkəmənin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kasasiya şikayəti verilib. O, bildirib ki, kasasiya şikayətinin sürətinin Bakı Apelyasiya Məhkəməsinə təqdim edib. Bu səbəbdən məhkəmə baxışı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Zərərçəkmiş tərəfin vəkili onu da bildirib ki, kasasiya şikayətlərində işin ibtidai istintaqa qaytarılmasını və cinayətin digər iştirakçılarının müəyyən edilməsini istəyiblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Mirələmov ömürlük azadlıqdan məhrum edilib.

İttihama görə, 17 iyul 2012-ci ildə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən istirahət mərkəzində Rəşad Mirələmov Ramal Bayramovu qəsdən öldürüb, Səməd Mənsimov və qeyrilərinin qəsdən öldürülməsinə cəhd edib. İttiham sənədlərində qeyd olunur ki, Rəşad Mirələmov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 7 iyul 2004-cü il hökmü ilə qəsdən adam öldürmə cinayəti törətməkdə təqsirli bilinib və məhkum olunub. Bundan 7 il sonra - 6 oktyabr 2011-ci ildə Rəşad Mirələmov Lənkəran şəhərində tanışı Taleh Həsənovun qarşısında nüfuz qazanmaq məqsədilə sonuncunun Zamin Bağırova borca verdiyi 3 min 700 manat puldan imtina etməsini tələb edib. Lənkəran şəhərində yerləşən “Cənub” şadlıq sarayının çayxanasına gələn Rəşad Mirəlımov orada masa arxasında əyləşən Zamin Bağırovu çayxananın arxasına çağırıb. Qatlanmış vəziyyətdə olan bıçağın dəstək hissəsi ilə Zamin Bağırovun göz və kürək, təpiklə isə ayaq və bədəninin digər nahiyələrinə zərbələr vurub. Ondan Taleh Həsənova verdiyi borcundan imtina etməsini tələb edib. 2012-ci ilin iyun və iyul aylarında isə Rəşad Mirələmov qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə Lənkəranın Şilavar kənd sakini Firdosi Bağırovu döyüblər.   Ondan Həsənov Taleh Zakir oğluna, Əliyev Valeh Müslüm oğluna və qeyrilərinə mövcud olmayan borcu - 19 min dollar alıblar. Bununla bağlı Firdosi Bağırov Ramal Bayramova və Elman Əhmədova müraciət edib. 17 iyul 2012-ci ildə gecə 3 radələrində Firdovsi Bağırovun mənafeyini müdafiə edən Ramal Bayramov, Elman Əhmədov, Səməd Mənsimov, Elmar Süleymanov, Elnur Qasımov, Mübariz Məmmədov “Min bir gecə” istirahət mərkəzinə gediblər. Çimərliyə uyğunlaşdırılmış açıq yay köşkündə çay stolu arxasında Rəşad Mirələmovla qarşılıqlı mübahisəyə giriblər. Ramal Bayramov Rəşad Mirələmova köşkünün taxta materiallarını qopardıb çoxsaylı zərbələr endirib, yumruq, təpiklə vurub. Buna baxmayaraq Rəşad Mirələmov Firdovsi Bağırovdan tələbini davam etdirib. Rəşad Mirələmov qarşılıqlı mübahisə və dalaşma zəminində iki və daha artıq şəxsi qəsdən öldürmək niyyəti ilə qanunsuz əldə edib saxladığı və gəzdirdiyi yivli odlu silah olan 9 mm kalibrli “Makarov” markalı tapançadan həmin şəxslərə atəşlər açıb. Həmin vaxt Rəşad Bayramov ölüb, Səməd Mənsimov yaralanıb. Digər atəşləri qarşısında Elman Əhmədov, Elmar Süleymanov, Mübariz Məmmədov, Elnur Qasımov qaçıb uzaqlaşıblar. İstintaq dövründə Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun cinayət işi ayrıca icraata götürülüb və onların barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hökm elan edilib. 

R. Mirələmov apelyasiya şikayəti verərək ömürlük həbs cəzasının müddətli cəza ilə əvəz edilməsini istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Nazir qəzaya düşdü, sürücüsü öldü

Nazir qəzaya düşdü, sürücüsü öldü

11 dekabr 2024 , 14:21
Azərbaycanda daha bir tələbə  öldü

Azərbaycanda daha bir tələbə öldü

11 dekabr 2024 , 13:58
Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

11 dekabr 2024 , 13:11
Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

11 dekabr 2024 , 13:03
Neftçalada motosikleti kanala aşıran sürücü öldü

Neftçalada motosikleti kanala aşıran sürücü öldü

11 dekabr 2024 , 12:37
Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

11 dekabr 2024 , 11:40
Lənkəranda qadın özünü asdı

Lənkəranda qadın özünü asdı

11 dekabr 2024 , 11:19
Azərbaycanda evdə YANĞIN:  yaralanan var

Azərbaycanda evdə YANĞIN: yaralanan var

11 dekabr 2024 , 10:27