Vəzifəli şəxsin cinayət işində müdhiş detal <span style="color:red;">- 144 milyon manatı...
20 fevral 2015 16:44 (UTC +04:00)

Vəzifəli şəxsin cinayət işində müdhiş detal - 144 milyon manatı...

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmada təqsirləndirilən AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev barəsindəki cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. Lent.az-ın məlumatına görə, ittiham aktında Abdulla Abdullayevin ümumilikdə 144.211.254  milyon manat pul vəsaitinin leqallaşdırılması göstərilib. Qeyd edilib ki, A. Abdullayev 2006-2012-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləyərkən, habelə “AMAY” və “Xudafərin” MMC-lərin fəaliyyətinə faktiki rəhbərlik etdiyi müddətdə müxtəlif talama cinayətləri törədib. O, əldə edilən pul vəsaitlərinin həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, yerləşdirilməsinin, onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə “AMAY” MMC-nin Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən binasıın təmit-tikinti işlərinə, eləcə də İranda olan istintaq məlum olmayan sahibkarlıq fəaliyyətinə sərf etməkdə təsirli bilinir. Beləliklə aktda qeyd edilir ki, A.Abdullayev cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda - 144 milyon manatdan artıq pulu leqallaşdırıb.  

 

İttiham aktında qeyd edilir: 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. Eləcə də Abdulla Abdullayev “Texnikabank” ASC-də bank tərəfindən ayrı-ayrı müəssisələrə kredit vəsaitlərinin ayrılmasını rəsmləşdirilməsinə nail olmaqla ümümilikdə 40.150.000(  qırx milyon yüz əlli min) manat pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. A.Abdullayev 2003-2012-ci illərdə “Xudafərin” MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 “a” ünvanında inşa etdirdiyi binadan ümumilikdə 262 mənzil və 3146 kv metr qeyri yaşayış sahəsinin satışından 11.218.675 manat məbləğində pul vəsaiti alsa da, binanın tikinti-quraşdırma işlərinə 7.712.913 manat sərf edib və ümumilikdə 3.505.762 manat mənimsəyərək dələduzluq edib.

 

İttiham aktında bu və ya digər səpkili xeyli digər cinayət əməli və milyonlarla vəsatin qeyri-qanuni yolla ələ keçirilərək leqallaşdırılması ilə bağlı çoxsaylı qeydlər var.

 

Qeyd edək ki, Abdulla Abdullayev Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 179.3.1,179.3.2, 193-1.3.2 və 308.2 maddələri ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21