Bakıda 35 yaşlı kişi intihar edib. Lent.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsindən report-a bildirilib ki, hadisə Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində baş verib. 35 yaşlı İmanov Emin Əli oğlu yaşadığı mənzildə odlu silahdan atəş açaraq intihar edib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.