Kiçik qardaşın törətdiyi qəzada qardaşı öldü
10 noyabr 2014 13:23 (UTC +04:00)

Kiçik qardaşın törətdiyi qəzada qardaşı öldü

Noyabrın 9-da Qızıldaş qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər BPİ mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qızıldaş-Korgöz yolunda Bakı şəhər sakinləri – 1995-ci il təvəllüdlü Əlimədət Qurbanzadənin idarə etdiyi Mercedes markalı və 1980-ci il təvəllüdlü Azad Mikayılovun idarə etdiyi Kia markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki sürücü və Mercedes markalı avtomobilin sərnişinləri 1991-ci il təvəllüdlü Tərlan Məlikov, 1988-ci il təvəllüdlü Valeh Hümbətov xəsarətlə KTM-ə daxil olub. “Kia”nın sürücüsü xəstəxanada ölüb, digərlərinin vəziyyəti qənaətbəxşdir.

 

Daha bir yol-nəqliyyat hadisəsi Bakının Babək prospekti 22/22-nin qarşısında baş verib. Ağdam rayon sakinləri 1988-ci il təvəllüdlü Fərid Kazımov idarə etdiyi Mercedes markalı avtomobili maneəyə vurub.

 

Nəticədə maşında olan sərnişinlərdən F. Kazımovun qardaşı, 1983-cü il təvəllüdlü Anar Kazımov aldığı xəsarətdən hadisə yerində ölüb, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Araz Səlimov KTM-də yardım alıb evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377

Oxşar yazılar