Bakı şəhərinin Yasamal rayonu ərazisində soyğunçuluq olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, gecə saatlarında Rəfibəyli küçəsi 29 ünvanının qarşısında naməlum şəxslər 1996-cı il təvəllüdlü İlyasov Ömər Bayram oğluna hücum edib. 17 yaşlı oğlanın əlindəki planşeti alan həmin şəxslər çox keçmədən ərazidən uzaqlaşıb.
Hazırda faktla əlaqədar əməliyyat-axtarış tədbirləri həyata keçirilir.