Nağdsız ödənişləri dəstəkləmək məqsədilə “Bank of Baku” Bolkart sahibləri üçün yeni mükafatlandırma aksiyasına başlayır. Beləliklə, 29 iyul tarixindən etibarən dörd həftə ərzində Bolkartı ilə məbləğ etibarilə ən çox alış-veriş edən toplam 240 nəfər Bolkartlı Park Cinema-Amburan yay kinoteatrına bilet qazanacaq. Hər həftə 60 ən fəal Bolkart sahibi mükafatlandırılacaq.
Hər qalibə 2 ədəd bilet təqdim olunacaq. Həftənin qalibi olmuş müştərilər növbəti həftələr də qalib ola bilərlər.
Qaliblər Park Cinema-Amburan yay kinoteatrında yeni filmləri seyr edib dəniz ətrafında istirahət fürsətini qazanmış olacaqlar.
Aksiya Azərbaycanda nağdsız hesablaşmalara töhfə vermək məqsədi daşıyır. Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının nağdsız ödənişlər üzrə may ayına aid hesabatında, “Bank of Baku” nağdsız ödənişlər nominasiyasında 1-ci yerdə qərarlaşıb.
Hal-hazırda 130.000-ə yaxın Azərbaycan vətəndaşı Bolkart ilə gündəlik alış-veriş edir, kartı nağdlaşdırır və digər faydalı imtiyazlardan bəhrələnir.
Bolkart barədə daha ətraflı: https://www.facebook.com/Bolkart