Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü Elman Türkoğlunun övladı Məhəmmədəmin Həsənlinin meyiti dəfn edilmək üçün Masallı rayonuna aparılıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, mərhumun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
Ailəsi mərhumu dəfn etmək üçün Masallı rayonuna yola düşüb.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Həsənli Məhəmmədəmin Elman oğlu ötən gecə yaşadığı Texniki Universitetin yataqxanasının ayaqyolunda özünü asaraq intihar edib.
İntiharın baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.