Yanvarın 27-də Abşeron rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Masazır qəsəbəsində 2004-cü il təvəllüdlü Fərqanə Yusifova yaşadığı evin yaxınlığında içərisində su olan xəndəyə düşüb. 9 yaşlı qız hadisə yerində ölüb.
Faktla əlaqədar araşdırma başlanılıb.