8 yaşlı qız dərmandan zəhərləndi
09 yanvar 2015 10:02 (UTC +04:00)

8 yaşlı qız dərmandan zəhərləndi

 

Zaqatalada 8 yaşlı qız zəhərlənib.


 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Aşağı Tala kənd sakini, 2007-ci il təvəllüdlü  Şəbnəm Vəli qızı Butayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 8 yaşlı Şəbnəm Butayeva bilməyərəkdən bir-neçə dərman qəbul etdikdən sonra zəhərlənib.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şəbnəm Butayevaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248

Oxşar yazılar