9 gün əvvəl batan şəxsin meyiti tapıldı
07 sentyabr 2016 16:14 (UTC +04:00)

9 gün əvvəl batan şəxsin meyiti tapıldı

0

 

Ucarda kanalda batan şəxsin meyiti tapılıb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 29-da FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonu, Quləbənd kəndində Qəryan su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Hadisə yerinə dərhal Nazirliyin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

 

Nəhayət bu gün, 1973-cü il təvəllüdlü Quliyev Təhmuraz Hüseyn oğlunun cəsədi batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  Əməliyyat saat 13:35-də başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar