85 yaşlı kişinin qatili şikayətini geri götürdü
04 iyul 2019 10:36 (UTC +04:00)

85 yaşlı kişinin qatili şikayətini geri götürdü

 
Bakı Apelyasiya Məhkəməsində 85 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən Sakit Mirzəyevin şikayəti üzrə məhkəmə prosesi keçirilib. 
 
APA-nın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs apelyasiya şikayətindən imtina edib. Bu səbəbdən apelyasiya baxışına xitam verilib.
 
Qeyd edək ki, hadisə ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində polis sözügedən qəsəbənin sakini, qətlə yetirən şəxsin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlunu saxlayıb. O, günahını etiraf edib.
 
İstintaq zamanı məlum olub ki, S.Mirzəyev 85 yaşlı kişini kəlbətinlə öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edilib.  
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493
avatar

Oxşar yazılar