69 yaşlı kişi yük maşınının altında qalıb öldü
25 yanvar 2015 18:32 (UTC +04:00)

69 yaşlı kişi yük maşınının altında qalıb öldü

Göyçay şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə hadisə Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Göygöl rayon sakini, 1969-cu il təvəllüdlü Rəhimov Etibar Kamal oğlu idarə etdiyi 90-JX-529 dövlət nömrə nişanlı “Hyundai” markalı yük avtomobili ilə yolu keçən piyadanı, Göyçay şəhər sakini 1946-cı il təvəllüdlü Babayev Mirəli Mirhüseyn oğlunu vurub.

 

Ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Mirəli Babayev orada dünyasını dəyişib.

 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173

Oxşar yazılar