Bakı şəhərinin Nizami rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Naxçıvani küçəsi 9 ünvanının qarşısında 1952-ci il təvəllüdlü Şirinov Rakif Nizami oğlu naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs 61 yaşlı kişinin üz nahiyəsinə zərbələr endirib. Daha sonra isə o yıxılmış kişinin cibindəki 180 manat pulu götürərək qaçıb.
Hazırda soyğunçunun müəyyən edilərək yaxalanması istiqamətində iş aparılır.
Faktla əlaqədar cinayət işi başlanılıb.