53 yaşlı kişi qoz ağacından yıxılaraq ağır xəsarət aldı
02 sentyabr 2015 23:43 (UTC +04:00)

53 yaşlı kişi qoz ağacından yıxılaraq ağır xəsarət aldı

Zaqatalada 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır bədən xəsarətləri alıb.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 2-də rayonun Çobankol kənd sakini, 1962-ci il təvəllüdlü Fətəli Abdulla oğlu Kərimov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən  travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 53 yaşlı Fətəli Kərimov yaşadığı kəndin yaxınlığında icarəyə götürdüyü bağda qoz ağacına çıxıb və qoz çırpan zaman ehtiyatsızlıqdan yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fətəli Kərimova qapalı kəllə-beyin travması, beş qabırğasının və qasıq sümüyünün sınığı diaqnozu qoyulub,  vəziyyəti ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 131
avatar

Oxşar yazılar