Respublikanın daxili işlər orqanları tərəfindən, iki gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən
Lent.az-a verilən məlumata görə, bağlı qalmış 17 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.