4 gün əvvəl kanalda batmış 19 yaşlı gəncin cəsədi tapılıb
Mayın 15-də Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən 140 km aralıda nəzarətsiz ərazidə) batmış 1995-ci il təvəllüdlü Ceyhun Vüqar oğlu Talıbovun axtarışları başa çatıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, C. Talıbovun cəsədi dalğıc-xilasedicilər tərəfindən batdığı yerdən, təxminən, 15 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
937