4 azərbaycanlı ictimai-mədəni fəalın məhkəməsi keçirilib
02 avqust 2013 04:31 (UTC +04:00)

4 azərbaycanlı ictimai-mədəni fəalın məhkəməsi keçirilib

4 güney azərbaycanlı ictimai-mədəni fəalın məhkəmə prosesi keçirilib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Cahanbəxş (Salur) Sultanzadə, Bəhnam Bağıri, Hüseyn Vəlizadə və Vahid (Barış) Əlizadə hakimiyyət əleyhinə təbliğat aparmaqda və Güney Azərbaycan Tələbə Günü ilə bağlı gecələr bildiriş yaymaqda günahlandırılıblar. Məhkəmə prosesi iyulun 28-də Maku Ümumi Məhkəməsinin birinci şöbəsində keçirilib. Proses yerli vaxtla səhər saat 10:30-da başlayib və 12:00-da yekunlaşıb. 

Qeyd edək ki, azərbaycanlı fəallar İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən mayın 9-da Makı şəhərində həbs ediliblər. C. Sultanzadə, B. Bağıri və V. Əlizadə 15 milyon tümən zəmanətlə sərbəst buraxılıblar. ETTELAAT əməkdaşları Makı Pəyam-e Nur Universitetinin hüquq fakültəsinin tələbəsi, şair C. Sultanzadənin evində axtarış aparıb, azərbaycanlı fəala məxsus kompüteri, kitabları, əlyazmaları və digər şəxsi əşyaları müsadirə ediblər. B. Bağıri isə şəxsi oyuncaq mağazasında həbs edilib. V. Əlizadə və H. Vəlizadə də digər iki azərbaycanlı fəalla bərabər həbs olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00