49 yaşlı kişi özünü tualetdə öldürdü
02 avqust 2013 09:53 (UTC +04:00)

49 yaşlı kişi özünü tualetdə öldürdü

 

Avqustun 1-də Şəmkir rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Təzəkənd kəndinin sakini 1964-cü il təvəllüdlü Səfərov Çərkəz Fətəli oğlu özünü yaşadığı evin həyətindəki tualetdə asıb. 49 yaşlı kişinin asılı vəziyyətdə qalmış meyitini yaxınları tapıblar.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntiharın səbəbləri araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1346
avatar

Nizam Rza

Oxşar yazılar