40 yaşlı qadın intihara cəhd etdi
19 yanvar 2015 23:36 (UTC +04:00)

40 yaşlı qadın intihara cəhd etdi

Zaqatalada 40 yaşlı qadın intihara cəhd edib.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,  Zaqatala şəhəri, Azərbaycan prospekti, 39 ünvanında yaşayan, 1975-ci il təvəllüdlü Gülcənnət İsmayıl qızı Bubuşova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 40 yaşlı Gülcənnət Bubuşova intihar etmək məqsədi ilə 20-yə yaxın müxtəlif dərman qəbul edərək zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Gülcənnət Bubuşovaya lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325

Oxşar yazılar