40 yaşlı kişinin meyiti yaşadığı evdə asılı tapıldı
Balakəndə intihar hadisəsi qeydə alınıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Tülü kəndində baş verib.
Kənd sakini, 1979-cu il təvəllüdlü Nazim Abbas oğlu Vəliyevin meyiti yaşadığı evin çardağında asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 40 yaşlı N.Vəliyevin intahr etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
595