3 yaşlı qızın əli ətçəkən maşında qaldı
15 yanvar 2015 07:37 (UTC +04:00)

3 yaşlı qızın əli ətçəkən maşında qaldı

APA -nın məlumatına görə, hadisə Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən  təzə tikilidə qeydə alınıb. Valideynlərindən xəbərsiz elektrikli ətçəkən maşını işə salan 3 yaşlı Ballı Məmmədli  İsmayıl qızının sağ əli maşının içində  qalıb. Uşağın əlini ətçəkən maşından ayıra  bilməyən qohumlar Fövqəladə Hallar Nazirliyin 112 "qaynar xətti"nə zəng vuraraq kömək istəyiblər.

 

Dərhal hadisə yerinə gələn xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə qızın əlini ətçəkəndən çıxara biliblər. Ballı Məmmədli daha sonra Elmi - Tədqiqat  Travmatologiya  İnstitutuna aparılıb. Həkimlər  balaca qıza   sağ əlin əzilmiş, didilmiş yarası, 2-ci daraq sümüyünün açıq sınığı və barmaq vəzlərinin əzilməsi diaqnozunu qoyublar. O, müalicə üçün  reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə hazırda yaralının vəziyyəti kafidir. Qeyd edək ki, hadisə baş verən zaman  3 yaşlı Ballı Məmmədlinin valideynləri evdə olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180

Oxşar yazılar