Mayın 12-nə keçən gecə Səbail rayonunda avtomobilin 3 piyadanı vurması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın azxeber.az-a istinadən verdiyi məlumata görə, 1 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı qəzanı Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun müavini Yavər Allahverdiyev törədib. Yavər Allahverdiyevin idarə etdiyi 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil ilə yol kənarında dayanan 3 piyadanı vurub, daha sonra isə reklam lövhəsinin dirəyinə çırpılıb.
Səbail rayan İcra Hakimiyyətinin informasiya təminatı və təhlili şöbəsinin müdiri İsrafil Kərimov adı qəzada hallanan 10 AS 509 dövlət nömrə nişanlı avtomobilin həqiqətən Səbail rayon İcra Hakimiyyətinin tabeliyində olduğunu və icra başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi istifadə olunduğunu təsdiqləyib.