Azərbaycanda növbəti dəniz FACİƏSİ
Neftçalada 3 nəfər dənizdə batıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 3 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Xəzər dənizində 12 yaşlı yeniyetmə də boğularaq ölüb.
Hadisə Abşeron rayonunun Novxanı ərazisində olan çimərliklərdən birində baş verib. Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Kərimli Bayram Teymur oğlu qadağan olunmuş ərazidə çimərkən boğulub. Yeniyetmənin meyiti sudan çıxarılıb və müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşıdrma aparılır.
514