Yanvarın 9-da Azərbaycanın müxtəlif ərazilərində ölümlə nəticələnən bədbəxt hadisələr baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gəncə şəhərində yaşayan Mais Məmmədov qaz sobasını yandıran zaman yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş M.Məmmədov həmin gün orada ölüb.
Yanvarın 9-da Füzuli rayonunun Bala Bəhmənli kənd sakini Leyla Hüsənli evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və çox keçmədən dünyasını dəyişib.
Bakı şəhərinin Xəzər rayonunun Şimali Dress qəsəbəsində isə Xanlar Şahbazova məxsus evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılıb.