3 avtomobil oğurlayan şəxs 7 il azadlıqdan məhrum edildi
03 aprel 2015 11:29 (UTC +04:00)

3 avtomobil oğurlayan şəxs 7 il azadlıqdan məhrum edildi

0

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Tofiq Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə T.Fərəcov 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Tofiq  Fərəcov keçən il martın 14-nə keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan Ağasəf Əliyevə məxsus “VAZ-21074” markalı avtomobili qaçırıb. Həmin avtomobil elə həmin gün saat 11 radələrində B.Nuriyev küçəsində qabaq hissəsi əzilmiş vəziyyətdə tapılıb.  Həmin gün eyni ünvandan Rəşad Əbdülrəhimova məxsus “VAZ-2106” markalı avtomobili də qaçırıb və saat 08:30 radələrində İ.Məmmədov küçəsində qoyaraq gedib. O, martın 26-na keçən gecə isə Yeni Günəşli qəsəbəsində yaşayan Ruslan Qasımova məxsus “VAZ-2106” markalı avtomobil qaçırıb və həmin avtomobil saat 08:50 radələrində Neapol dairəsi yaxınlığında maqnitofonu və səsgücləndiriciləri sökülmüş vəziyyətdə tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar