Cəlilabad rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bir müddət əvvəl itkin düşmüş 1982-ci il təvəllüdlü Daşqın Ərəstun oğlu Mirzəyevin axtarışları başa çatıb. D.Mirzəyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Cəlilabad rayonu ərazisindən keçən Mişarçay çayından (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 80 km məsafədə, nəzarət olunmayan ərazidə) tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Onun ölüm səbəbləri araşdırılır.