Bakıda cibgirliklə məşğul olan 2 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 30 saylı avtobusda, Bakı şəhər sakini Adil Bayramovun cibindən 38 manat oğurlamağa cəhd edən şəxslər müəyyən edilib. Bəlli olub ki, bunlar Goranboy rayon sakini Tural Həsənov və Bakı şəhər sakini Emin Həsənovdur. Hər iki şəxs Nizami RPİ CAŞ və 24-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.
Araşdırma zamanı müəyyən edilib ki, onlar yanvarın 15-də 30 saylı xətt avtobusunda Sabirabad rayon sakini Natiq Əmənovun cibindən də 155 manat oğurlayıblar.
Araşdırmalar davam etdirilir.