2 saatlıq leysan Tovuzda həyatı iflic etdi
10 iyun 2018 09:57 (UTC +04:00)

2 saatlıq leysan Tovuzda həyatı iflic etdi

0

Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb.

 

APA-nın Qərb bürosunun məlumatına görə, nəticədə kənd təsərrüfatına sahələrinə, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.

 

Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil  keçiddə qalıb.

 

 

Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar