Zaqatala rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Danaçı kəndində qeydə alınıb. Kənd sakini, 28 yaşlı Sumeysət Mohama qızı Laçınova yaşadığı evin hamamımda özünü asıb.
Məlumata görə, S. Laçınovanın əri Rusiyada həbs edilib. Onun həbsinə dözməyən S. Laçınova atasının evinə gələrək intihar edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.