27 yaşlı oğlan keçmiş qayınatasının evini gülləboran elədi
02 avqust 2013 11:39 (UTC +04:00)

27 yaşlı oğlan keçmiş qayınatasının evini gülləboran elədi

Sumqayıtda silahlı insident olub. Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə 16-cı mikrorayonda qeydə alınıb.

 

Həmin ünvanda yaşayan Amid Vaqif oğlu Fərzəliyevin evi naməlum şəxs tərəfindən odlu silahdan bir neçə dəfə atəş açılıb. Ev sahibi dərhal bu barədə polisə məlumat verib.

 

Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat qrupu çıxıb. Araşdırmalar zamanı məlum olub ki, evə “Vençestr” markalı silahdan atəş açılıb. Evin həyətindən bir neçə giliz götürülüb. 

 

Axtarış tədbirləri nəticəsində hadisəni A. Fərzəliyevin keçmiş kürəkəni, 1986-cı il təvəllüdlü Cavid İsa oğlu Muradov tərəfindən törədilməsi müəyyənləşib və o saxlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. 

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2215
avatar

Oxşar yazılar