Martın 9-da Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi ev 83 C, mənzil 18-də yaşayan 1969-cu il təvəllüdülü Müslümov Əfqan İsgəndər oğlu 18-ci PŞ-yə ərizə ilə müraciət edərək övladının itkin düşüdüyünü bildirib.
Lent.az-ın əldə etdiyi məlumata görə, atası gənc qızı Sevinc Abdullazadənin evdən çıxaraq Təbriz küçəsi 87 ünvanında yerləşən gözəllik salonuna getdiyini və geri qayıtmadığını bildirib.
Faktla bağlı Nərimanov RPİ-nin 18-ci polis bölməsi tərəfindən araşdırma aparılır.