24 yaşlı qız yoxa çıxıb
18 avqust 2015 12:41 (UTC +04:00)

24 yaşlı qız yoxa çıxıb

0

Ucar rayonunda gənc qız itkin düşüb.

 

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmova cari il iyulun 31-də evdən xəbərsiz getmiş və bir daha geri qayıtmayıb. Onun xarakterik əlamətləri belədir: boyu 164 sm, qara uzun saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində göy cins şalvar, qara kofta olub. Şəlalə Rüstəmovanı itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in 102 Xidmətinə, həmçinin (050) 471-00-10  və ya Ucar Rayon Polis Şöbəsinə (02021) 3-15-85 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar