24 yaşlı oğlana 7 il həbs cəzası
22 yanvar 2015 12:06 (UTC +04:00)

24 yaşlı oğlana 7 il həbs cəzası

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən insan sağlamlığına ziyan vurmaqda təqsirli bilinən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Rəhim İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə R. İbrahimov 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd edək ki, hadisə keçən il iyul ayında Bakının Binəqədi rayonu ərazisində baş verib.  Bakı şəhər sakini Nazim Bağırov naməlum şəraitdə bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Nazim Bağırovun həyatını xilas etmək mümkün olub.

 

5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim İbrahimov tutulub.

 

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182

Oxşar yazılar