Dövlət Gömrük Komitəsi 2012-ci ilə dair hesabatını açıqlayıb. Komitədən Lent.az-a verilən məlumata görə, hesabat ilində mobil telefonlarla əlaqədar törədilmiş hüquqpozmaların xüsusi həcminin artımı müşahidə olunub, hüquqpozma predmeti kimi 13 min 322 ədəd mobil telefon götürülüb.
Bundan əlavə gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 4 ədəd odlu silah, 46 ədəd pnevmatik silah, 3 ədəd ov silahı, 240 kq radiaktiv materiallar, 32 ədəd soyuq silah, 17 ədəd xalça və külli miqdarda digər mallar tutularaq barələrində müvafiq tədbir görülüb.