23 yaşlı oğlan yeni evləndiyi qızı amansızlıqla öldürdü
28 yanvar 2013 09:40 (UTC +04:00)

23 yaşlı oğlan yeni evləndiyi qızı amansızlıqla öldürdü

 

Yanvarın 27-də Gəncə şəhərində dəhşətli qətl hadisəsi törədilib. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, şəhər sakini 1990-cı il təvəllüdlü Bağıyev Ramin Əli oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1989-cu il təvəllüdlü Mayılova Təhminə Elxan qızını bıçaqlayaraq öldürüb. Gənc oğlan 24 yaşlı həyat yoldaşına bir neçə ölümcül bıçaq zərbəsi endirib. Qadın çox keçmədən dünyasını dəyişib.

 

Məlumata görə, R.Bağırovla T.Mayılova yeni evlənibmiş. Hadisənin konkret hansı səbəbdən baş verməsi hələlik məlum deyil. R.Bağırov tutulub və faktla əlaqədar cinayət işi başlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8406
avatar

Nizam Rza

Oxşar yazılar