22 yaşlı qız özünü yandırdı
20 aprel 2013 10:03 (UTC +04:00)

22 yaşlı qız özünü yandırdı

0

 

 Qusar rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.


APA-nın şimal bürosunun məlumatına görə, Qusar şəhər Muxtadır küçəsi, 71 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Allahyarova Mehparə Tofiq qızı aprelin 19-da gecə saatlarında özünü yandırıb.

 

O, dərhal Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

M. Allahyarovaya bədənin müxtəlif nahiyələrinin 2-ci və 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, onun  vəziyyəti ağır-stabildir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1984

Oxşar yazılar