205 kiloqram çirkli ət aşkarlandı
24 iyul 2019 18:33 (UTC +04:00)

205 kiloqram çirkli ət aşkarlandı

0
 
Daxili İşlər Nazirliyinin əməkdaşları iyulun 23-də Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Qaradağ rayonu ərazisində tədbir keçirib.
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xocavənd rayon sakini V.Abdullayevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobilə baxış zamanı salondan və yük yerindən çirklənib, istifadəyə tam yararsız vəziyyətdə olan 205 kiloqram çəkidə mal əti aşkar edilərək götürülüb.
 
Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 587

Oxşar yazılar