Bakının prokurorluq orqanlarından 6 nəfər çıxarılıb
16 yanvar 2015 16:28 (UTC +04:00)

Bakının prokurorluq orqanlarından 6 nəfər çıxarılıb

Bakının prokurorluq orqanlarından ötən il 4 nəfər vəzifədən azad edilib. Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

 

 

Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 21 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 4 nəfər vəzifədən azad olunub, 1 nəfər isə vəzifədən kənarlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Oxşar yazılar