200 manat, 2 şuba, 6 qızıl suyuna salınmış stəkan... OĞURLUQ
Bakı şəhərinin Yasamal rayonu ərazisində mənzildən pul və qiymətli əşyalar oğurlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, İnşaatçılar prospekti 77 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Kaşıyeva Ləman Aydın qızı mənzilindən edilmiş oğurluqla bağlı 27-ci polis bölməsinə müraciət edib. L.Kaşıyeva qeyd edib ki, evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər mənzilin qapısının kilidini sındırıblar. Mənzildən 200 manat pul, 2 şuba, 3 norka jilet, 2 netbuk, 1 İpod və 6 qızıl suyuna salınmış stəkan oğurlanıb.
Hazırda faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.