20-21 yaşlı gənclər məhkəmə qarşısında
22 dekabr 2014 12:02 (UTC +04:00)

20-21 yaşlı gənclər məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Cahangir Eyvazov və Rəşad Dadaşzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onların anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclası dekabrın 25-nə təyin olunub.

 

Qeyd edək ki, Xətai prospektində naməlum şəxs Bakı şəhər sakini Ələsgər Fətullayevin üz nahiyəsindən yumruqla vuraraq cibində olan 1000 manat pulunu götürüb qaçıb.

 

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən 1994-cü il təvəllüdlü Cahangir Eyvazov və 1993-cü il təvəllüdlü Rəşad Dadaşzadə tutulublar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234

Oxşar yazılar