KXCP üzvünü öldürən 18 nəfərlik dəstəyə hökm oxundu
09 iyul 2015 14:09 (UTC +04:00)

KXCP üzvünü öldürən 18 nəfərlik dəstəyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və digər cinayətlərdə təqsirləndirilən 18 nəfərlik dəstə üzvləri - İbrahim Miriyev, Xəzər Əhmədov, Rauf Rəhimov, Şahin Niftəliyev, Oqtay Zəkiyev, Tacəddin Qafarov, Təvəkkül Seyidov, Rafael Əliyev, Kamil Salayev, Elməddin Quliyev, Pərviz Hüseynov, Tural Cavadzadə, Kənan Qasımlı, Kənan Alıyev, Azad Cəbrayılov, Rauf Mahmudov, Rəşad Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının qərarı ilə  təqsirləndirilən şəxslər 3 ildən 15 ilə kimi azadlıqdan məhrum ediliblər.

 

İttihama görə, 2014-cü il martın 4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qətlin sifarişçisinin rayon sakini Şahin Niftiyev olması müəyyən olunub. İstintaq araşdırmaları zamanı məlum olub ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində həmyerlisi Aydın Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə Ş.Niftiyev qohumu Rauf Rəhimova 10.000 manat müqabilində A.Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5.100 manat ödəyib. R.Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oktay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan firmadan isə "Mitsubishi-Pajero" markalı avtomobil kirayələyib. Daha sonra R.Rəhimov, T.Qafarov və T.Seyidov həmin avtomobillə Salyan rayonunun Qaraçala kəndinə gələrək özlərini A.Xəlilova polis əməkdaşları kimi təqdim edib və onu avtomobilə əyləşdirərək aparıblar. Təqribən 600-700 metr aralandıqdan sonra üzərilərində olan bıçaqlarla A.Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini isə yolun kənarına atıblar. İstintaq zamanı onların Elmira Məmmədova adlı qadının evinə basqın etmələri, ona və qızı Xədicəyə zor tətbiq etməklə onlara məxsus 16 min manat pulu ələ keçirmələri məlum olub. Təqsirləndirilən şəxslər - İbrahim Miriyev, Xəzər Əhmədov, Rauf Rəhimov, Şahin Niftəliyev, Oqtay Zəkiyev, Tacəddin Qafarov, Təvəkkül Seyidov, Rafael Əliyev, Kamil Salayev, Elməddin Quliyev, Pərviz Hüseynov, Tural Cavadzadə, Kənan Qasımlı, Kənan Alıyev, Azad Cəbayılov, Rauf Mahmudov, Rəşad Ağayev Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 177-ci (oğurluq) və digər maddələrə əsasən ittiham olunurlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10