1850 manat pul oğurlayan qadın tutuldu
08 may 2014 13:19 (UTC +04:00)

1850 manat pul oğurlayan qadın tutuldu

0

Şəmkir rayonunda oğurluq etmiş qadın yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, aprelin 23-də Zəyəm qəsəbə sakini İlham Vəliyevin evindən 1850 manat pul oğurlayıb. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Nərmin Həsənova tutularaq istintaqa cəlb olunub.

 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 846

Oxşar yazılar