145 min dollarlıq dələduzluq edən azadlığa buraxıldı
19 oktyabr 2016 10:50 (UTC +04:00)

145 min dollarlıq dələduzluq edən azadlığa buraxıldı

0

Bu gün tanışına qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Adil Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddə tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, zərərçəkmiş Rasim Əliyev məhkəmə prosesində verdiyi ifadəsində bildirib ki, A. Abdullayev ticarətlə məşğul olduğunu əsas gətirərək, ondan 2010-cu ilin dekabrında 100 min, daha sonra isə 45 min dollar borc alıb geri qaytarmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar