13 yaşlı qız 16-cı mərtəbədən düşüb öldü
28 aprel 2013 23:24 (UTC +04:00)

13 yaşlı qız 16-cı mərtəbədən düşüb öldü

0

Bakıda 13 yaşlı qız faciəli şəkildə ölüb. Nəsimi rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 28 May küçəsində, Dəmiryol İdarəsinin yaxınlığında baş verib.

 

Həmin ünvanda yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yaşayan ailənin 13 yaşlı Sunay adlı qızı yaşadığı binanın eyvanından düşərək ölüb.

 

Hazırda hadisə yerində Bakı şəhər Baş Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları işləyir.

 

Hadisənin intihar olub-olmadığı araşdırılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6858

Oxşar yazılar