13-cü mərtəbədən yıxılan şəxs intihar edibmiş
07 yanvar 2015 11:31 (UTC +04:00)

13-cü mərtəbədən yıxılan şəxs intihar edibmiş

 

Bakıda 13-cü mərtəbədən düşən şəxsin intihar etdiyi məlum olub.

 

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində yanvarın 4-də saat 21.50 radələrində rayonun Gəncə prospekti 80/82 ünvanından özünü atan Elxan Mehman oğlu Hacıyevin intihar etdiyi məlum olub.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

 

Qeyd edək ki, 1993-cü il təvəllüdlü E.Hacıyev özünü 16 mərtəbəli binanın 13-cü mərtəbəsindən atıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305

Oxşar yazılar