100 qoyunu ələ keçirən şəxs azadlığa buraxıldı
03 aprel 2017 16:33 (UTC +04:00)

100 qoyunu ələ keçirən şəxs azadlığa buraxıldı

0

 

 

100 baş qoyunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Akif Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, A.Niftəliyev barəsində 2 il sınaq müddəti seçilib və ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, A. Niftəliyev Bakı sakininin etibarından sui-istifadə edərək, onu aldatma yolu ilə, 100 baş qoyununu dələduzluqla ələ keçirib. O, zərərçəkmiş şəxsə ümumilikdə 15 min manatlıq ziyan vurub. Məhkəmə dövründə o dəymiş ziyanı ödəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar