Xarkovda ölən azərbaycanlı tələbənin meyiti   bu gecə Azarbaycana gətiriləcək - YENİLƏNİB 2
02 iyul 2026 21:41 (UTC +04:00)

Xarkovda ölən azərbaycanlı tələbənin meyiti bu gecə Azarbaycana gətiriləcək - YENİLƏNİB 2

0

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində daha bir Azərbaycan vətəndaşı həyatını itirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003- ci il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb.

O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib.

Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub.

O, diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib. Mərhumun meyitinin bu gecə Azarbaycana gətiriləcəyi və səhər doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.

***

01.07.2026 - 11:14

Rusiyanın Ukraynanın Xarkov şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 23 yaşlı azərbaycanlı tələbə Fatimə Hüseynova həyatını itirib.

Lent.az xəbər verir ki, hadisə günü o, diplomunu almaq üçün Xarkova gedibmiş.

Məlumata görə, Fatimə tələbə yoldaşı Ada ilə birlikdə məzuniyyət geyimində şəkil çəkdirərkən hava zərbəsinə tuş gəlib.

Hücum nəticəsində daha 12 nəfər yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

***

30.06.26 -  10:16

Rusiyanın Xarkova endirdiyi aviazərbələr nəticəsində azərbaycanlı tələbə həlak olub.

Lent.az "UNİAN"a istinadla xəbər verir ki, Rusiyanın Xarkova endirdiyi aviazərbə nəticəsində Xarkov Milli Tibb Universitetinin azərbaycanlı tələbəsi Fatimə Hüseynova həyatını itirib.

Fatimə Hüseynova universitetin tibb fakültəsinin altıncı kursunda təhsil alırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3182

Oxşar yazılar